Faktiki hava açıqlanıb
- Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
- Bildirilib ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
- Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
10:31 01.02.2025
Oxunuş sayı: 745