Manatın nominal effektiv məzənnəsi artıb
- Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib.
- Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
- Bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur.
- Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur.
09:27 01.02.2025
Oxunuş sayı: 1039