Dəməşqdə PKK/YPG-nin işğalına etiraz nümayişi
Suriyanın paytaxtı Dəməşqdə, cümə namazından sonra yüzlərlə insan Əməvi meydanında toplaşaraq, Fərat çayının şərqindəki PKK/YPG terror təşkilatının işğalına son qoyulmasını tələb edib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, etirazçılar əllərində "PKK-nın varlığına son qoyulmasını istəyirik" yazılı pankartlarla terror təşkilatına qarşı etirazlarını bildiriblər.
Nümayişçilər, PKK/YPG-nin Suriya xalqını təmsil etmədiyini vurğulayıb və beynəlxalq ictimaiyyətdən bu təşkilata dəstəyini dayandırmağı tələb ediblər.
Aybəniz Səfərova
23:41 31.01.2025
Oxunuş sayı: 770