CROSSMEDIA - Almaniyada məscidlərə təhdid məktubları göndərilib
Xarici xəbərlər

Almaniyada məscidlərə təhdid məktubları göndərilib

Almaniyanın Dortmund şəhərindəki Türk-İslam Dini İşlər Birliyi (DİTİB) məscidinə və Düsseldorfdakı Mərakeş İslam məscidinə təhdid xarakterli məktublar göndərilib.

Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, hər iki hadisənin polisə bildirildiyi və hadisə ilə bağlı araşdırmanın davam etdiyi vurğulanıb.

Qeyd edək ki, ötən həftə Şimali Reyn-Vestfaliya (NRW) əyalətindəki bəzi DİTİB məscidlərinə naməlum şəxslər tərəfindən bomba təhdidləri edilib.

Təhdidlər üzərinə, təhlükəsizlik tədbirləri olaraq, məscidlərdə axtarışlar aparılıb.

Aparılan axtarışlar nəticəsində təhdidlərin əsassız olduğu üzə çıxıb.

Aybəniz Səfərova

21:52 31.01.2025

Oxunuş sayı: 616

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR