"Rəfah" sərhəd-keçid məntəqəsi xəstələri qəbul etməyə hazırdır
Misir-Qəzza sərhədindəki "Rəfah" sərhəd-keçid məntəqəsi Qəzza zolağından xəstələri qəbul etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Misirin "Əl-Qahira əl-Ekhbariya" telekanalı məlumat yayıb.
"Rəfah" sərhəd-keçid məntəqəsi yaralı və xəstə fələstinlilərin Misirə müalicə olunmaq üçün çıxarılacağı qapını açıb”,- deyə mənbə bildirib.
Telekanal ilk yaralıların cümə günü çıxarılacağına əmin olmadığını, ancaq onlarla yaralının yaxın günlərdə sərhəd-keçid məntəqəsi vasitəsilə Misirə təxliyyə ediləcəyini bildirib.
Nəzrin Salmanova
21:27 31.01.2025
Oxunuş sayı: 46163