Əli Əsədov Pakistanlı nazirilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Bu barədə Crossmedia.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.
20:51 31.01.2025
Oxunuş sayı: 567