Rəsmi Tehran Hizbullahı yenidən qurmağa çalışır
“Tehran dollarlarla dolu çamadanlar göndərməklə Hizbullahı yenidən qurmağa çalışır".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail İranın Beyrut hava limanı vasitəsilə Hizbullaha on milyonlarla dollar köçürməsi ilə bağlı Livanda atəşkəs razılaşmasına nəzarət edən beynəlxalq monitorinq komitəsinə müraciət edib.
İsrailin şikayətlərində bildirilib ki, Tehrandan Beyrut Hava Limanına uçan İran rəsmiləri ABŞ dollarları ilə dolu olan çamadanları özləri ilə aparıblar.
İstanbuldan Beyruta pul köçürmək üçün Türkiyə vətəndaşlarının da istifadə edildiyini iddia edilir.
Ayhan Ağarzayev
19:44 31.01.2025
Oxunuş sayı: 314