CROSSMEDIA - Paşinyan etiraf etdi:Trampla görüş alınmadı
Xarici xəbərlər

Paşinyan etiraf etdi: Trampla görüş alınmadı

ABŞ-yə səfərin əsas məqsədi dini etiqad azadlığı ilə bağlı sammitdə iştirak etməkdir, orada prosedur tədbiri keçirilir, ABŞ prezidenti ilə görüş nəzərdə tutulmur. Hazırda proqramımızda belə bir maddə yoxdur.

Crossmedia.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu, çox vacib bir səfərdir. Mən də həmkarlarımla məsləhətləşdim və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik. Elə tədbirlər də var ki, iştirak etmək üçün dəvət alırıq, bəziləri üst-üstə düşür, təəssüf ki, hansı tədbirdə iştirak etməyimizlə bağlı seçim etməli olacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, erməni mediası Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri zamanı Prezident Donald Trampla görüşmək üçün Ağ Ev administrasiyasına dəfələrlə müraciət etdiyini və müsbət cavab almadığını yazıb.


Nəzrin Salmanova

19:39 31.01.2025

Oxunuş sayı: 14651

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR