CROSSMEDIA - SOCAR İsrailin ‘Tamar’ Qaz layihəsinə sərmayə qoyur –yeni trateji addım"
İqtisadi xəbərlər

SOCAR İsrailin ‘Tamar’ Qaz layihəsinə sərmayə qoyur – yeni trateji addım"

SOCAR öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.

Bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.

Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.

18:26 31.01.2025

Oxunuş sayı: 581

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR