Paşinyan Rusiyaya görə narahatlıqlarını dilə gətirdi
Ermənistan, İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Rusiyanın mövqeyinə görə narahatlıq hiss edir.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.
“Rusiyanın müəyyən narahatlıqları olduğu bir faktdır. Bizim də Rusiyanın mövqeyinə dair bəzi narahatlıqlarımız var, bu da faktdır”, – deyə siyasətçi bildirib.
Paşinyan Rusiyanın Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı qanun layihəsinə münasibətini şərh edib və bu məsələdə Moskva ilə fikir ayrılıqlarının mövcud olduğunu vurğulayıb. Baş nazir Kremlin mövqeyinə görə narahat olduğunu qeyd etsə də, Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Bundan əvvəl Rusiyanın baş nazir müavini Aleksey Overçuk, Ermənistanın eyni zamanda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola biləcəyi məsələsinə toxunmuşdu. Onun fikrincə, erməni siyasətçiləri “yumşaq desək, xalqı yanıltmağa çalışırlar”.
Nərgiz Camalzadə
18:00 31.01.2025
Oxunuş sayı: 507