CROSSMEDIA - Danimarka sakinləri ABŞ-ni təhlükə olaraq görür
Xarici xəbərlər

Danimarka sakinləri ABŞ-ni təhlükə olaraq görür

Danimarka sakinlərinin təxminən yarısı ABŞ-nin ölkələri üçün təhlükə yaratdığına inanır. Onların fikrincə, ABŞ Danimarka üçün çox böyük təhlükədir.

Crossmedia.az xəbər verir ki, bu barədə məlumat "YouGov" tədqiqat xidmətinin apardığı və "The Guardian"da  yayımlanan ictimai rəy sorğusunun nəticələrində əks olunub.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 46%-i ABŞ-ı Danimarka üçün "çox böyük" və ya "kifayət qədər böyük" təhlükə kimi görür. Eyni zamanda, 44%-i Şimali Koreyanı, 40%-i isə İranı təhlükə mənbəyi hesab edir.

Eyni sorğuya görə, respondentlərin 78%-i Qrenlandiyanın ABŞ-a satışına qarşıdır. Bununla yanaşı, 72% hesab edir ki, bu məsələ ilə bağlı yekun qərarı Danimarka deyil, birbaşa Qrenlandiyanın özü verməlidir.

Tərlan Əmrahova

14:41 31.01.2025

Oxunuş sayı: 598

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR