CROSSMEDIA - Sahil Babayev vətəndaşları qəbul edib
Əmək və sosial siyasət

Sahil Babayev vətəndaşları qəbul edib

  • Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edib.

  • Crossmedia.az xəbər verir ki, dövlət qurumundan məlumat yayıb.

  • Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

  • Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

14:39 31.01.2025

Oxunuş sayı: 451

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR