"ATƏT-in Minsk Qrupu Rusiya ilə fəaliyyətini dayandırıb" - Zaxarova
ATƏT-in Minsk Qrupu faktiki olaraq 2022-ci ildə Rusiya ilə fəaliyyətini dayandırıb. Ancaq bu barədə heç bir izahat və ya məsləhətləşmə aparılmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Onun sözlərinə görə, fransız və amerikalı həmsədrlər izahat və məsləhətləşmələr aparmadan rusiyalı həmkarları ilə əlaqələri dayandırıblar. 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) liderlərinin imzaladığı bəyanatla qrupun fəaliyyəti tamamilə dayandırılıb.
Zaxarova ATƏT sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv edilməsini təklif edərək, bunu Bakı və İrəvan arasında münasibətlərin normallaşması yolunda bir addım adlandırıb.
Tərlan Əmrahova
14:33 31.01.2025
Oxunuş sayı: 726