Macarıstan hədələdi: Rusiyaya qarşı sanksiyaların uzadılmasına icazə verilməyəcək
Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının daha da uzadılmasına Avropa Komissiyasının ona enerji təhlükəsizliyi zəmanəti vermədiyi təqdirdə icazə verməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib. O, həmçinin Aİ-nin Moskvaya qarşı sanksiyalarının ləğvini istəyir, çünki Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkə bunlara görə 19 milyard avro itirib. Enerji təhlükəsizliyi zəmanəti dedikdə, Macarıstan “Aİ-yə üzv dövlətlərə aparan qaz və neft kəmərlərinin qorunmasını” nəzərdə tutur. Bundan əvvəl Orban “Türk axını” qaz kəmərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna yanvarın 11-də Rusiya qazını yuxarıda adı çəkilən qaz kəməri ilə Avropaya çatdıran “Russkaya” kompressor stansiyasına hücum etmək üçün dronlardan istifadə edib.
14:01 31.01.2025
Oxunuş sayı: 563