Aşqabad-Moskva reyslərinin dayandırılma müddəti uzadılıb
- "Türkmənistan Hava Yolları" (Turkmenistan Airlines) Aşqabad-Moskva reyslərinin dayandırılmasını mart ayına qədər uzadılıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə "İnterfaks"a aviaşirkətdən məlumat verilib.
- "Fevral ayında Moskvaya uçuşlar dayandırılıb", - deyə aviaşirkət bildirib. Uçuşların dayandırılmasının səbəbi barədə şirkət açıqlama verməyib. "Türkmənistan Hava Yolları" Moskva və Aşqabad arasındakı uçuşları ötən ilin sonunda dayandırıb. Bildirilirdi ki, 2024- cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək reyslər həyata keçirilməyəcək, lakin qərarın səbəbi açıqlanmamışdı.
- Qeyd edək ki, bundan əvvəl bir neçə xarici aviaşirkət də Rusiyaya uçuşları ləğv etmişdi. Bu qərar 25 dekabrda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından qısa müddət sonra verilib.
- Tərlan Əmrahova
13:02 31.01.2025
Oxunuş sayı: 496