ABŞ-də baş verən təyyarə qəzasının səbəbi məlum olub
"Bombardier CRJ700" sərnişin təyyarəsi ilə UH-60 "Black Hawk" hərbi helikopterinin ABŞ-nin Vaşinqtonda yerləşən Ronald Reyqan hava limanında toqquşduğu gün hava hərəkətini idarə edən dispetçerlərin çatışmazlığı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə The "New York Times" qəzeti, ABŞ Federal Mülki Aviasiya Administrasiyasının ilkin məlumatlarına istinadən xəbər verib.
Hesabata görə, növbətçi dispetçer iki nəfərlik iş yükünü təkbaşına icra etməyə məcbur olub. "New York Times"ın məlumatına əsasən, qəzanın səbəbi "Black Hawk" helikopterinin icazə verilən maksimum hündürlükdən yuxarı uçması olub.
Hadisə 29 yanvar axşamı Vaşinqton hava limanı yaxınlığında baş verib və nəticədə hər iki hava nəqliyyatı Potomak çayına düşüb. Fəlakət nəticəsində 67 nəfər həlak olub: CRJ700 təyyarəsində olan 60 sərnişin, 4 ekipaj üzvü və helikopterdəki 3 hərbçi. Sağ qalan olmayıb. Təyyarənin qara qutuları 30 yanvar axşamı Potomak çayında qalıqlar arasında tapılıb.
Tərlan Əmrahova
12:53 31.01.2025
Oxunuş sayı: 483