CROSSMEDIA - BVF Missiyası ilə Görüş: Azərbaycanda Sosial İslahatlar Müzakirə Olundu
Əmək və sosial siyasət

BVF Missiyası ilə Görüş: Azərbaycanda Sosial İslahatlar Müzakirə Olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyası ilə görüş olub.

Bu barədə Crossedia.az Nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, Anna Bordonun başçılıq etdiyi missiya ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Əməkhaqlarında mütəmadi artımların təmin edildiyi, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə artım olduğu bildirilib. Əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası vurğulanıb. Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən məşğulluq proqramları diqqətə çatdırılıb.

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi sahələrində atılan addımlardan bəhs olunub. Mühüm innovativ uğurlardan olan və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri qeyd edilib.

Pensiya artımları, pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar, fevralın 1-dən ölkəmizdə minimum pensiyanın növbəti dəfə artırılacağı diqqətə çatdırılıb.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb.

20:32 30.01.2025

Oxunuş sayı: 706

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR