ABŞ Zelenskini realist olmağa çağırıb

"Ukrayna Prezidenti Vlodimir Zelenski münaqişənin həlli və Kiyevin Şimali Atlantika Alyansına daxil olması məsələsində realist olmalıdır".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dayton Universitetinin dosenti Benjamin Hazen və hərbi ekspert Alexander Hardy the National Interest (Nİ) jurnalı üçün birgə məqalədə bildiriblər.
"Hərbi əməliyyatlar başa çatmalıdır və Zelenski realist olmalıdır. NATO Ukraynanı qəbul etməyə hazır deyil və ukraynalılar bunun yalnız uzunmüddətli xəyalları olacağını qəbul etməlidirlər",- deyə onlar qeyd edib.
Hazen və Hardy-nin sözlərinə görə, Rusiyanın daha çox resursları və insanları var, Ukraynanın isə əksinə, kifayət deyil.
Onların sözlərinə görə, Ukrayna lideri "Donbas üzərində nəzarətdən imtina etməli və münaqişənin həlli üçün danışıqlar prosesinə başlamalıdır".
21:07 29.01.2025
Oxunuş sayı: 3157