Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər kimi xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirova da hökm oxunub.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə DTX tərəfindən istintaqa cəlb edilib.
Xatırladaq ki, R.Mehdiyevin məhkəmə araşdırması ötən gün başa çatıb. Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Ələcə də, həmin hökmlə Ramiz Ənvər oğlu Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.(Qafqazinfo.az)
08:24 28.10.2026
Oxunuş sayı: 163