Ukrayna PUA-ları daha bir Rusiya neft zavodunu vurdu

Ukraynanın kamikadze PUA-ları Rusiyanın daha bir iri neft emalı zavoduna hücum edib.
Crossmedia.az xəbər verir ki, bu dəfə "Lukoil" şirkətinin Kstovodakı zavodu hədəf alınıb.
İllik 17 milyon ton emal gücünə malik olan müəssisə, Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur.
Hücumun detalları və zavodda yaranan zərərin miqyası ilə bağlı rəsmi açıqlama verilməyib.
20:10 29.01.2025
Oxunuş sayı: 3757