Mette Frederiksen Avropanın üç paytaxtına səfər edib

Mette Frederiksen ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri fonunda Avropa liderlərinin dəstəyini toplamaq məqsədilə çərşənbə axşamı Avropanın üç paytaxtına - Berlin, Paris və Brüsselə səfər edib.
Crossmedia.az Politico-ya istinadən xəbər verir ki, Trampın Qrenlandiyaya qarşı təhdidləri fonunda Danimarka baş naziri Şolz, Macron və Rutte ilə görüşüb, dövlətlərin suverenliyinə hörmət edilməli olduğunu deyib.
Frederiksen Almaniya kansleri Olaf Şolz ilə danışıqlarının "inanılmaz dərəcədə yaxşı" keçdiyini bildirib. O, Avropanın Qrenlandiya məsələsində "birlikdə dayanmasının" vacib olduğunu və dövlətlərin ərazisinə və suverenliyinə hörmət etmək lazım olduğunu bildirib. Bu, beynəlxalq dünya nizamının təməl daşıdır.
19:44 29.01.2025
Oxunuş sayı: 3015