Samir Şərifova daha bir vəzifə verildi

- Prezident İlham Əliyev “İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib.
- Crossmedia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
- Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.
- Xatırladaq ki, İqtisadi Şura Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi ilə yaradılıb.
16:50 27.01.2025
Oxunuş sayı: 3248