Qrenlandiya ABŞ-ın olacaq?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya adası üzərində nəzarət əldə etməyə əminliyini qoruyur.
Crossmedia.az bildirir ki, Tramp bu barədə “Bort nömrə 1” təyyarəsində jurnalistlərə açıqlamasında deyib. “Düşünürəm ki, biz onu alacağıq.”-deyə ABŞ prezidenti bildirib.
O, əlavə edib ki, adanın 56 min sakini “bizimlə olmaq istəyir”.
Bu açıqlama Danimarkanın Baş Naziri Mette Frederiksenin keçən həftə Tramp ilə sərt telefon söhbətindən sonra gəlib. Frederiksen həmin danışıq zamanı vurğulayıb ki, Qrenlandiya satılmır.
Gültac Mehdizadə
00:40 27.01.2025
Oxunuş sayı: 2182