İlk addımı kim atacaq: Tramp, yoxsa Putin?

ABŞ-nin yeni prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin nə zaman görüşəcək?
Dünya bu sualın cavabını axtarır. Hər iki lider görüşməyə hazır olduqları mesajını versələr də, tərəflər arasında “İlk kim zəng edəcək?” mübahisəsi gedir. Tramp Putinin, Putin isə Trampın zəng etməsini gözləyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp seçkidən əvvəl “Mən olsaydım, bu müharibə olmazdı” dediyi Rusiya-Ukrayna müharibəsi 3-cü ilinə daxil olur və Tramp artıq Ağ Evdədir. Buna görə də müharibə tərəflərinin gözləri Donald Trampa yönəlib.
Belə ki, Tramp, həm də ə Putin "ünsiyyətə açığıq" desələr də, heç kim ilk addımı atmır. Bu vəziyyət Moskva-Vaşinqton xəttində “İlk kim zəng edəcək”? mübahisəsinə çevrilib. “Mövcud prezidentin əməkdaşlığa hazır olduğu ilə bağlı açıqlamalarını görürük. Biz buna həmişə açığıq. Rusiya heç vaxt ABŞ rəhbərliyi ilə təması rədd etməyib və əvvəlki rəhbərliyin bu təmasları qəbul etməməsi bizim günahımız deyil. ABŞ-nin yeni prezidenti ilə tamamilə ticari, eyni zamanda praqmatik və etibara əsaslanan bir münasibətim olub”.
Məlumata görə, Tramp müharibəni başlayan tərəfin Rusiya olduğunu düşündüyü üçün Putinin ilk addımı atmasını gözləyir. Lakin bu halda Putin geri addım atan tərəf kimi görünəcək. Əks halda, əgər Tramp zəng etsə, Putin özünü haqlı sayacaq və tələblərini daha asan irəli sürəcək. Bu çəkişmənin necə bitəcəyi maraq doğurur.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bütün bunların Putinin ABŞ-yə qarşı bir manipulyasiya olduğunu iddia edir.
Fatimə Məmmədova
22:30 26.01.2025
Oxunuş sayı: 2237