İran nazir "Taliban" rəsmiləri ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçı, 2021-ci ildən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinin rəsmiləri ilə görüşlər keçirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Əraqçı Kabilə səfər edərək, “Taliban” hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axundla danışıqlar aparıb. İkitərəfli regional və beynəlxalq məsələlər müzakirə edilib.
Bundan əvvəl, Əraqçı “Taliban”ın xarici işlər naziri Əmir Xan Müttəqi ilə əfqan qaçqınlarının problemləri və Hirmand çayının su ehtiyatlarında İranın hüququ məsələlərini müzakirə edib.
Fidan Hacızadə
00:25 27.01.2025
Oxunuş sayı: 2360