HƏMAS ittiham etdi: İsrail atəşkəs şərtlərini pozur

HƏMAS fələstinlilərin bölgənin şimalına qayıtmasına qadağa qoyulmasını əsas gətirərək, İsraili Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə hərəkatın verdiyi açıqlamada məlumat verilib.
“HƏMAS, razılığın tətbiqində baş verəcək uğursuzluqlarda və onların nəticələrində İsraili səbəbkar hesab edəcək” - hərəkatın verdiyi açıqlamada deyilib.
Fələstin mediası yazır ki, bu gün qəzzalılar regionun şimal və cənub hissələrini ayıran Netzarim dəhlizinə yaxınlaşıblar, lakin atəşə məruz qalıblar.
Tərlan Əmrahova
01:00 27.01.2025
Oxunuş sayı: 2584