Leonardo və BAYKAR birləşir

İtaliyanın aerokosmik, müdafiə və təhlükəsizlik şirkəti Leonardo, Eurodrone proqramında iştirak edən və layihənin illərlə gecikmələrindən sonra, Türkiyənin aerokosmik şirkəti BAYKAR ilə əməkdaşlıq etməyə başlayıb.
Crossmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, Leonardonun baş direktoru, professor Roberto Cingolani və nümayəndə heyəti yaxınlarda BAYKAR-ın Türkiyədəki Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib.
İtaliyanın Sənaye Naziri Adolfo Urso, BAYKAR və Leonardo arasında potensial əməkdaşlığa işarə etdikdən sonra Leonardonun səhmləri 15% artıb. İki şirkət hazırda pilotsuz texnologiyalar üzrə strateji tərəfdaşlıq müzakirələrini davam etdirir.
Fidan Hacızadə
23:40 26.01.2025
Oxunuş sayı: 2181