ABŞ-nin yeni dövlət katibi həmkarları ilə telefon danışığı edib

ABŞ Dövlət Katibi Marko Rubio, vəzifəyə başlamasından sonra Hindistan, Avstraliya, Yaponiya, Filippin, İsrail, Venesuela, Kanada, İndoneziya, BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Türkiyə, NATO baş katibi, Kosta Rika, Polşa, İsrail (ikinci dəfə), Misir, Çin və Vyetnam XİN rəhbərləri ilə telefon danışığı aparıb.
Crossmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, ilk telefon danışığının Hindistanla olması və GUAD formatında keçirilən ilk xarici görüş, Asiya-Sakit Okean regionunun Tramp administrasiyası üçün prioritet olduğunu göstərir.
Polşa və Türkiyənin XİN rəhbərləri ilə telefon danışığı isə Vaşinqtonun bu ölkələrə xüsusi diqqət ayıracağını vurğulayır.
Fidan Hacızadə
22:55 26.01.2025
Oxunuş sayı: 2379