Finlandiya kəşfiyyatı Rusiyanın hərbi islahatları ilə bağlı məlumat yaydı

Finlandiya Rusiyanın kütləvi hərbi islahatlarının ölkəsi üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirib ki, Moskva, Leninqrad Hərbi Dairəsinə 50.000 hərbiçi yerləşdirməklə, qüvvələrini 350.000 şəxsi heyətin sayını çatdırmağı planlaşdırır.
Bundan əlavə, Şimal Donanmasının Murmanskdakı 14-cü Ordu Korpusu genişləndiriləcək, Kareliyada yeni briqadalar və bölmələr yaradılacaq. Finlandiya və Norveç sərhədinə çox yaxın olan üç briqada da yerləşdiriləcək.
Fidan Hacızadə
22:25 26.01.2025
Oxunuş sayı: 2128