Zelenski: "Azərbaycanla dərhal əməkdaşlığa başlamağa hazırıq"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiya qazının tranziti ilə bağlı yeni müqavilə imzalamayacaq.
Əvəzində ölkə Azərbaycan qazının ehtiyacı olan Avropa ölkələrinə tranzitini təmin etməyə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Ukrayna infrastrukturundan istifadə etməklə bu prosesi tez bir zamanda həyata keçirmək mümkün olduğunu bildirib.
O, Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə bu mövzuda müzakirələr apardığını vurğulayıb.
“Azərbaycanın böyük qaz ehtiyatları və ixrac potensialı var. Biz əməkdaşlığa dərhal başlamağa hazırıq,” – deyə Zelenski bildirib.
Fidan Hacızadə
22:00 26.01.2025
Oxunuş sayı: 2738