Türkiyə Xarici İşlər naziri Hakan Fidan İraq Prezidenti Əbdüllətif Rəşid tərəfindən qəbul edilib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın paytaxtı Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşid tərəfindən qəbul edilib.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, nazir Hakan Fidanın İraqdakı rəsmi görüşləri davam edir.
Qeyd edək ki, səhər saatlarında o, İraqın Baş nazir müavini və xarici işlər naziri Fuad Hüseynlə görüş keçirib və birgə mətbuat konfransı təşkil edib.
Fidan Hacızadə
21:40 26.01.2025
Oxunuş sayı: 2701