"HƏMAS": İsrail atəşkəsi pozur

Fələstinin "HƏMAS" hərəkatı İsrailin Qəzza zolağının cənubundan şimalına keçidləri qadağan etməklə atəşkəs razılaşmasını pozduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkat bu məsələnin vasitəçilərlə birgə izlənildiyini və məsuliyyətin İsrailin üzərinə düşdüyünü vurğulayıb.
Qeyd edilib ki, məcburi köçkünlərin evlərinə qayıdışını təmin etmək üçün işlər davam edir və əldə edilən razılaşmaların Fələstin xalqının hüquqlarını qoruyacaq şəkildə tətbiqi əsas prioritetdir.
Fidan Hacızadə
21:25 26.01.2025
Oxunuş sayı: 2518