Macarıstan Aİ-dən enerji təminatı tələb edir

Macarıstan, Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı Avropa İttifaqı və ya Ukraynanın enerji təhlükəsizliyi təminatları verməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto açıqlama verib.
“Avropa İttifaqının Xarici İşlər Şurası bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların uzadılıb-uzadılmayacağına qərar verəcək. Formula aydındır: biz artıq başqalarının müharibələrinin bədəlini ödəyə bilmərik, eləcə də enerji təhlükəsizliyimizə riskləri qəbul etmərik. Ukrayna və ya Avropa İttifaqı Macarıstana təbii qaz və neft tədarükünün gələcəkdə maneəsiz davam edəcəyinə dair təminat verməlidir”. – Siyyarto vurğulayıb.
Maral Şahverdili
19:33 26.01.2025
Oxunuş sayı: 2073