Makronun populyarlığı rekord həddə düşdü – 79% narazıdır

Fransa prezident Emmanuel Makronun fəaliyyətini bəyənməyənlərin sayı 79%-ə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın İctimai Rəy Tədqiqatları İnstitutunun (IFOP) hesabatına istinadən "Journal du Dimanche" məlumat yayıb.
Nəşr qeyd edir ki, Makrona dəstəyin azalması xüsusilə yaşlılar və təqaüdçülər arasında nəzərə çarpır. Bu qrup seçicilər 2022-ci il prezident seçkilərində fəal şəkildə ona səs verərək onun əsas seçici bazasını təşkil etmişdi.
Maral Şahverdili
18:33 26.01.2025
Oxunuş sayı: 2674