Tramp: Ürdün daha çox fələstinli qəbul etməlidir!

ABŞ-nin prezidenti Donald Tramp, Ürdün Kralı II Abdullahla telefon danışığı zamanı Qəzza Zolağında yaşayan 1,5 milyon fələstinlinin başqa ölkələrə köçürülməsi və onlara yeni yaşayış yerlərinin tikilməsi ilə bağlı planı müzakirə etdiyini açıqlayıb.
Crossmedia.az CNN- ə istinadən xəbər verir ki, Tramp həm Ürdün, həm də Misirdən fələstinli qaçqınları qəbul etməyi tələb etdiyini bildirib. Bu məsələni Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də müzakirə edəcəyini qeyd edib. “1,5 milyon insandan danışırıq və biz bu əraziləri təmizləyirik”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, bu planın həyata keçirilməsi Qəzzanın gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Fidan Hacızadə
17:44 26.01.2025
Oxunuş sayı: 2539