Şimali Koreya kruiz raket sistemi sınağı keçirib

Şimali Koreya kruiz raket sistemi sınağı həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, dənizdən səthə doğru atılan kruiz idarə olunan silahların sınağı "dəyişən regional təhlükəsizlik şəraitinə uyğun olaraq potensial düşmənlərə qarşı strateji nəzarətin effektivliyini artırmaq" məqsədi daşıyıb.
Eyni zamanda, ölkənin Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın son birgə hərbi təlimlərini tənqid edən bəyanat yayıb. Nazirlik, Vaşinqtonun Şimali Koreyanın suverenliyini və təhlükəsizlik maraqlarını tanımaqdan imtina etdiyi müddətcə bu addımların "A-dan Z-yə qədər ən sərt cavabla" qarşılanacağını bildirib.
Sınaqlar zamanı raketlərin təyin olunmuş hədəfləri dəqiq vurduğu qeyd olunub.
Şimali Koreya lideri Kim Çen In də raket sınaqlarında iştirak edib.
Nihat Tahirov
16:49 26.01.2025
Oxunuş sayı: 2449