CROSSMEDIA - Avropa İttifaqına üzvlük Ermənistan üçün problem yaradacaq -RƏY
Cənubi Qafqaz

Avropa İttifaqına üzvlük Ermənistan üçün problem yaradacaq - RƏY

“Ermənistan ABŞ və Aİ ilə münasibətlərini üçüncü ölkələrin maraqlarına ziyan vurmadan qurur”- bunu Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.

Son dövrdə Rusiya və Ermənistan arasında müəyyən fikir ayrılıqları yaranıb. Ermənistan isə həmişəki xislətinə və siyasətinə uyğun addımlar atır.  Regiondakı yeganə müttəfiqi Rusiyanın maraqlarına zidd mövqedə dayanan Aİ və ABŞ-la əməkdaşlığını genişləndirməyə çalışır. 

Bəs inkişaf etdirilən əməkdaşlığa Rusiyanın münasibəti necə olacaq? Həqiqətənmi qurulan münasibətlər üçüncü dövlətin maraqlarına ziyan vurmayacaq?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verib:

“ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq etmək hər bir suveren dövlətin hüququdur. Ancaq söhbət ABŞ, Aİ ilə qurulan əməkdaşlığın üçüncü tərəfə tuşlanıb-tuşlanmayacağı məsələsidir. ABŞ və Rusiyanın hazırda normal diplomatik əlaqələri var. Həmçinin Avropanın da ayrı-ayrılıqda dövlətləri ilə normal diplomatik münasibətləri var. Lakin söhbət qurulan münasibətlər fonunda Aİ-yə üzvlükdən gedirsə, Aİ-yə üzv olan dövlətlərin, postsovet ölkələri ilə, daha dəqiq desək MDB ölkələri ilə problemləri olur. Ukrayna, Gürcüstan hadisəsi də buna örnəkdir. Yəni əgər Ermənistan Aİ-yə üzvlük üçün münasibət qurursa bu rəsmi İrəvan üçün problemlər yaradacaq. Yox əgər Qriqoryan sadəcə əməkdaşlıqdan danışırsa qeyd etdiyim kimi bu hər bir suveren dövlətin hüquqları sırasına daxildir”. 

Ayhan Ağarzayev

19:57 23.01.2025

Oxunuş sayı: 1045

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR