SOCAR-ın prezidenti Alfred Stern ilə görüşüb
SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji sektorunda innovasiyalar, davamlılıq və karbonsizləşdirmə ilə bağlı ümumi öhdəlikləri vurğulamaq məqsədilə OMV şirkətinin baş direktoru Alfred Stern ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş zamanı enerji təhlükəsizliyinin gücləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və daha təmiz, dayanıqlı enerji gələcəyinə keçidin sürətləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər enerji istehsalı, nəqli və ticarəti sahələrində potensial əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetiriblər.
22:18 22.01.2025
Oxunuş sayı: 635