Novruzda əfv olacaq? - AÇIQLAMA
- Novruz bayramı yaxınlaşdıqca cəmiyyətdə Əfv sərəncamının imzalanması ilə bağlı müzakirələr genişlənir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu verdiyi açıqlamaya əsasən, artıq Əfv sərəncamı ilə bağlı ilkin hazırlıqlara başlanılıb.
- Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Crossmedia.az saytına bildirib ki, Komissiya hələ iclaslara başlamayıb:
- "Əfv sərəncamı Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aiddir. Bu prosesin icrası zamanı Əfv Məsələləri Komissiyası mühüm rol oynayır. Komissiya vətəndaşlardan daxil olan müraciətləri toplayır, onların hüquqi və sosial aspektlərini hərtərəfli müzakirə edir. Yekun olaraq, hazırlanan sənədlər və təkliflər cənab Prezidentə təqdim olunur.
- Hazırkı mərhələdə Əfv Məsələləri Komissiyası hələ iclaslarına başlamayıb. Bu prosesin növbəti mərhələlərində müraciətlərin qiymətləndirilməsi və müvafiq qərarların verilməsi gözlənilir".
- Cəmiyyətdə bu addımın çoxsaylı insanlara sevinc bəxş edəcəyi gözləntiləri mövcuddur. Əfv Komissiyasının işə başlaması ilə bağlı rəsmi məlumatların yaxın günlərdə açıqlanacağı ehtimal edilir.
- Ayhan Ağarzayev
17:24 22.01.2025
Oxunuş sayı: 696