CROSSMEDIA - Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib
Gündəm

Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib

Azərbaycan Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Cibuti Prezidenti İsmayıl Ömər Gillehə (Guelleh) təqdim edib.

Bu barədə Crossmedia.az Azərbaycan Xarici İşlər nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, səfir Cibuti Prezidentinə Azərbaycan Prezidentinin səmimi salamları çatdırılıb və Cibuti Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Həmçinin, Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əli Yusuf, Dəniz Limanları və Azad Ticarət Zonaları Şurasının sədri (nazir) Əbubəkir Ömər Hədi, Milli Assambleyada (parlament) fəaliyyət göstərən Cibuti-Azərbaycan Dostluq Qrupunun sədri İlaya İsmayıl, habelə Cibutidə yerləşən və Şərqi Afrika regionunun 8 ölkəsini birləşdirən İnkişaf naminə Hökumətlərarası Şuranın (IGAD – Intergovernmental Authority on Development) icraçı katibi Vorkneh Gebeyehu ilə görüşlər keçirilib.

Görüşlərdə ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyət, o cümlədən regionumuzda ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yaratdığı yeni reallıq, Ermənistanla normallaşma prosesinin gedişatı, Azərbaycan və Cibuti arasında həm beynəlxalq, həm də ikitərəfli müstəvilərdə, IGAD-in icraçı katibi ilə region ölkələri ilə əlaqələrin inkişafı üçün atılacaq praktiki addımlar və səfərlər mübadiləsi müzakirə olundu.




17:15 21.01.2025

Oxunuş sayı: 790

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR