Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- Ədliyyə naziri Fərid Əhmədov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
- Crossmedia.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.Nazir Fərid Əhmədov öz çıxışında müsabiqə qaliblərini təbrik edərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb. Qeyd edib ki, "Yüksəliş" müsabiqəsi dövlət idarəçiliyində istedadlı və peşəkar kadrların aşkarlanması baxımından mühüm rol oynayır. Görüşdə qaliblərin qazandığı bilik ilə bacarıqların ölkənin davamlı inkışafı üçün vacib amil olduğu vurğulanıb və qarşıda duran vəzifələr müzakirə olunub.Qaliblər də öz növbələrində müsabiqə haqqında təəssüratlarını bölüşüb, onlara yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər. Onlar müsabiqənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından yeni perspektivlər açdığını dilə gətiriblər.Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müsabiqə qalibləri bir sıra vacib mövzularda öz təkliflərini irəli sürüblər.“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
15:38 21.01.2025
Oxunuş sayı: 919