Gündəm

İordaniya mediasında 20 Yanvar faciəsi barədə məqalələr yayımlanıb

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin internet səhifəsində, ölkənin gündəlik əsasda çıxan və ən çox oxunan “Əd-Dustur” və “Ər-Rəy” qəzetlərində, eləcə də geniş oxucu kütləsinə malik “Ammon News”, “Saraya News”, “Jordanzad” və “Nayrouz” xəbər portallarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.

“Azərbaycan 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğu, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana ağır mənəvi və xeyli maddi zərər vurulduğu, xalqın bütün hüquqları pozulduğu qeyd olunub.

Məqalədə, həmçinin 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında hüzn və kədər, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu bildirilib.

Vurğulanır ki, hər il 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqı şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar.

Bundan əlavə, məqalədə Azərbaycan-İordaniya münasibətlərinin son dövrlərdə yüksək xətlə inkişaf etdiyi barədə məlumat əks olunub. (Azərtac)

04:40 20.01.2025

Oxunuş sayı: 1163

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR