Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Təkbətək görüşdən sonra heyətlərarası görüş olacaq.
Qeyd edək ki, Hakan Fidan Azərbaycanda səfərdədir.
12:23
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
08:26 18.01.2025
Oxunuş sayı: 2147