Fatih Terimin üzünə su atılıb
Al-Shabab-ın Al-Riyadh-ı əlavə dəqiqələrdə məğlub etdiyi oyunda qol vuran Hamdallah, qol sevincindən sonra Fatih Terimin üzünə su sıçradıb. Terimə edilən bu hərəkət qısa zamanda böyük səs-küy yaradıb, Al-Shabab isə sosial media hesabından reaksiyalara cavab xarakterli bir paylaşım edib. Klub, Terim və Hamdallahın fotosunu "Ata və oğul kimi" qeydi ilə paylaşıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 15-ci həftəsində Al-Shabab-ın Al-Riyadh-ı əlavə dəqiqələrdə məğlub etdiyi oyunda Fatih Terim və tələbəsi Hamdallah arasında yaşananlar sosial mediada böyük müzakirəyə səbəb olub.
Fatimə Məmmədova
16:15 17.01.2025
Oxunuş sayı: 2336