İqtisadiyyat

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 109,1 milyon manatlıq məhsul istehsal edilib.

Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18%, kimya sənayesi məhsullarının istehsalı isə 6,5% artıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 43,8%, azot istehsalı 11,6%, metanol istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 2,9 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,3%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 22,6%, polietilendən kisə və çantalar istehsalı isə 5,9% artıb.

Məhsul növləri

2024-cü ildə istehsal edilib

Əvvəlki ilə nisbətən, faizlə

01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

42701,0

92,2

66,6

ondan azot, min kub metr

24141,1

111,6

63,0

Lak-boya məmulatları, ton

41786,2

104,8

392,7

Qeyri-üzvi kimyəvi maddələr, ton

32360,0

119,9

7750,0

ondan yod, ton

208,0

100,0

16,9

Üzvi kimyəvi maddələr, min ton

887,2

91,4

36,2

ondan: etilen, min ton

129,5

78,2

1,8

propen (propilen), min ton

121,4

79,3

1,0

metanol (metil spirti), min ton

516,5

104,4

27,4

Etil spirti, min dkl

127,6

198,8

56,8

Gübrə və azot birləşmələri, min ton

652,4

143,8

74,5

ondan karbamid, min ton

652,3

143,8

74,5

İlkin formada plastik kütlə, min ton

247,1

77,5

10,6

ondan polietilen, min ton

121,7

74,8

6,4

Yapışqan və yapışdırıcı maddələr, min ton

136,6

111,7

8,5

 

12:54 17.01.2025

Oxunuş sayı: 2110

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR