Israildən HƏMAS-la razılaşmaya sərt etirazlar
İsrail lobbisinin üzvü olan senator Tom Kotton razılaşmaya etiraz olaraq bildirib:
"Niyə topal ördək olan Co Bayden qapıdan çıxarkən İsrail üçün pis bir razılaşma əldə etməyə çalışdı? Yeganə sövdələşmə HƏMAS-ın qeyd-şərtsiz təslim olması və bütöv girovların qaytarılması olmalı idi.
Bunun əvəzinə, Baydenin İsraildən Qəzzada əsas ərazilərdən geri çəkilməsini, hər girov üçün onlarla sərt terrorçunu azad etməyi və yalnız bəzi girovları geri almasını tələb etməsi nə deməkdir"?- deyə Kotton əlavə edib.
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben Qvi də öz etirazını dilə gətirib:
"HƏMAS-la olan son müqavilə fəlakətdir. Bu, HƏMAS-a qələbə qazandırır. Trampı gözləyə bilərdik.
Sazişin dayandırılması İsrailin bir neçə ildən sonra HƏMAS-a təslim olmasının qarşısını almaq üçün yeganə şansdır.
HƏMAS çox önəmli "terrorçularını" geri aldı, İsraili Qəzzadan çıxardı, Həmas dağılmadı. Bu, İsrailin məğlubiyyətidir. Mən belə olacaqsa buna qarşı etirazlar edəcəm və bu hökümətə bununla bağlı xəbərdarlıq edirəm",- deyə Ben Qvi bildirib.
18:47 16.01.2025
Oxunuş sayı: 2181