Gənclər və İdman

“Los Anceles Klippers” yeni rekorda sahib olub

“Los Anceles Klippers” komandası “Bruklin Nets”-i  126-67 hesabı ilə darmadağın edərək, NBA tarixində ən böyük qələbə fərqi rekorduna imza atıb.

“Los Anceles Klippers”, NBA tarixinin ən böyük 10-cu fərqi ilə “Bruklin Nets”-i 59 xal fərqlə məğlub edərək rekorda imza atdı. Bu qələbə, 2022-ci ildə “Oklahoma Siti”-nin “Sander” üzərində qazandıqları 138-88 hesablı 50 xal fərqi ilə əldə etdikləri əvvəlki ən yüksək fərqi geridə qoydu.

Crossmedia.az “BBC Sports”-a istinadən xəbər verir ki, həmin oyunda K.Leonard mövsümün ən yüksək göstəricisi olan 23 xal toplayıb,

Ceyms Harden isə 21 xal əlavə edib. Bu məğlubiyyət, “Bruklin Nets”-in NBA tarixindəki ən ağır məğlubiyyəti olub. Onların əvvəlki ən böyük məğlubiyyəti 1978-ci ildə “Houston Rokets”-ə qarşı 52 xal fərqi ilə (139-87) olmuşdu.

Tayron Loo-nun oyunun 3-cü çərçivəsində ehtiyat oyuçuları meydana buraxmasına baxmayaraq “Klippers” 4-cü çərçivədə 64 xal fərqi ilə öndə idi.

Leonard bu mövsüm cəmi dördüncü dəfə oyunda iştirak edərək, 24 dəqiqə ərzində 11 zərbədən 8-ni dəqiq atıb.

“Klippers” növbəti oyununu cümə günü “Portland Treyl Bleyzers”-ə qarşı keçirəcək.

Nicat Rüstəmzadə 

17:00 16.01.2025

Oxunuş sayı: 2915

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR