Sağlamlıq

AQTA - 27 bal məhsulunda uyğunsuzluq aşkarlanıb

Ticarət şəbəkələrində satılan doqquz istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Doqquz istehsalçıya məxsus 27 bal məhsulu partiyasında isə uyğunsuzluqlar müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub.

Eyni zamanda həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib.

Məhsulun adı

Məhsulun

istehsalçısı

 

Məhsul partiyası/ istehsal və son istifadə tarixi

Yerli istehsal

  1.  

"Pətək Süzmə" əmtəə nişanlı bal

Fiziki şəxs Məmmədəliyev Əli Teymur oğlu

 

 

01.05.2024−01.05.2026,

01.10.2023−01.10.2025

  1.  

"Мёд Натуральный" əmtəə

nişanlı bal

 

iyun 2023−iyun 2025

  1.  

"Al Dad" əmtəə nişanlı bal

 

01.10.2023−01.10.2025,

01.01.2024−01.01.2026,

01.05.2024−01.05.2026

  1.  

"Şah Bal" əmtəə nişanlı bal

 

01.01.2024−01.01.2025,

01.05.2024−01.05.2026,

01.06.2024−01.06.2026

  1.  

"Kəpəz Bal" əmtəə nişanlı bal

 

01.05.2024−01.05.2025

  1.  

"Gədəbəy" əmtəə nişanlı bal

 

01.02.2023−01.02.2025

01.10.2023−01.10.2025

  1.  

"Daşkəsən" əmtəə nişanlı təbii çiçək bal

 

01.05.2024−01.05.2026

  1.  

"Мёд Ивановка" əmtəə nişanlı bal

 

01.05.2024−01.05.2026

  1.  

"Bal Kəndimiz" əmtəə nişanlı bal

 

01.10.2023−01.10.2024

  1.  

"Bal İvanovka" əmtəə nişanlı bal

 

01.01.2024−01.01.2026

  1.  

"Daşkəsən" əmtəə nişanlı təbii

cökə balı

 

01.10.2023−01.10.2025

  1.  

"Mastero" əmtəə nişanlı bal

"Kercom" MMC

 

15.02.2024−15.02.2026

  1.  

"Abad" əmtəə nişanlı çiçək balı

 

01.09.2024

  1.  

"Ordubad" əmtəə nişanlı bal

Fiziki şəxs

Əliyev Əkrəm

Dünyamalı oğlu

 

27.09.2022-27.09.2024

  1.  

"Təbii Biyan" əmtəə nişanlı bal

Fiziki şəxs Məmmədov Ehtiram Məmkişi oğlu

 

05.07.2024−05.07.2026

  1.  

"MЁД" əmtəə nişanlı bal

“Ülsal” MMC

 

01.02.2024−01.10.2026

  1.  

"Qarabağlı" əmtəə nişanlı

süzmə bal

"Zəngəzur Group" MMC

 

15.12.2023−01.07.2025

  1.  

"Saf Bal" əmtəə nişanlı təbii dağ şan balı

Fiziki şəxs Məmmədov Cəmil Gəncəli oğlu

 

05.01.2024−05.01.2026

  1.  

"Saf Bal" əmtəə nişanlı təbii dağ cökə balı

 

10.04.2023−10.04.2025

  1.  

"Lerik" əmtəə nişanlı bal

Fiziki şəxs Rəhimova Mətanət Tofiq qızı

 

may 2023−may 2026

  1.  

"Ümid" əmtəə nişanlı çiçək balı

“Natiq Canhəsənli” firması

 

20.09.2023−20.09.2025

  1.  

"Tamlı Bal" əmtəə nişanlı təbii bal

Fiziki şəxs Vəliyev Zakir Mamoş oğlu

 

12.01.2022−12.01.2027

 

 

 

 

 

14:23 15.01.2025

Oxunuş sayı: 3906

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR