Əmək və sosial siyasət

Peşə təhsili müəssisələri məzunlarının məşğulluq göstəriciləri təhlil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyinin Aparatının Peşə təhsili siyasəti şöbəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş olub.

Crossmedia.az xəbər verir ki, görüş iştirakçılarına qurum tərəfindən əmək ehtiyatlarının təhsil pillələri üzrə mütəmadi olaraq aparılan təhlillərin cari vəziyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, təhlilin nəticələri əmək bazarında ən çox ehtiyac yaranan istiqamətləri müəyyənləşdirməyə imkan verir.

Görüşdə Milli Observatoriya tərəfindən peşə təhsili pilləsi üzrə tələbə qəbulu planının formalaşdırılmasına dəstək olacaq əmək bazarının aktual və proqnozlaşdırılan ehtiyaclarının müəyyən edilməsi istiqamətində tədqiqatın aparılması haqqında razılıq əldə edilib.

Habelə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

14:19 10.01.2025

Oxunuş sayı: 3631

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR