Merts: Rusiya və müttəfiqləri insan hüquqlarına və demokratiyaya hücum edir
Almaniya kansleri Fridrix Merts Rusiyanın və onun müttəfiqlərinin təkcə Ukraynaya deyil, həm də İkinci Dünya müharibəsindən sonra formalaşmış əsas dəyərlərə qarşı hücumlar həyata keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Merts bu barədə açıqlamasında danışıb.
“Rusiya və onun Şimali Koreyadan İrana qədər uzanan müttəfiqləri təkcə Ukraynaya deyil, həm də İkinci Dünya müharibəsindən sonrakı dövrün ən qiymətli nailiyyətlərinə daha aqressiv şəkildə hücum edirlər.
Söhbət insan hüquqları, demokratiyamız, azadlığımız və qanunun aliliyi kimi fundamental dəyərlərimizdən gedir”, – deyə kansler vurğulayıb.
22:25 19.10.2026
Oxunuş sayı: 87